SAT

Tədris olunan fənlər: Riyaziyyat, İngilis dili

Əyani və ya Onlayn iştirak etmək mümkündür.

Qrupla və ya Fərdi formada təşkil olunan dərslərə qoşula bilərsiniz.(Onlayn tədris növündə 1 dəfə zoom görüşü olur)

Dərslər həftədə 2 dəfə 90 dəqiqə müddətində tədris olunur.

Xaricdə təhsil üçün lazım olan TOEFL və IELTS imtahanlarından əlavə lazım olan imtahanlardan biri də SAT-dir. SAT imtahan ildə dörd dəfə təşkil olunmaqla iki hissədən ibarətdir.

SAT imtahanının nəticələri ilə tələbələr Amerika, Avropa, Kanada və Türkiyyənin ən nüfuzlu universitetlərində, eləcə də Azərbaycanda Xəzər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Universiteti və ADA Universiteti kimi təhsil ocaqlarında bakalavr dərəcəsi üzrə təhsil ala bilərlər.

SAT imtahanı 2 hissədən ibarətdir: SAT 1 və SAT 2

SAT 1 (Reasoning test) Toplam 3saat 45 dəqiqə çəkən yazılı test imtahanı 3 hissədən ibarətdir:

  1. Math (Riyaziyyat)

  2. Critical Real ( Oxuma)

  3. Writing (Yazma)

Hər hissə 200-800 bal aralığında dəyişir. Dünya universitetləri üçün ortalama bal 1300+ hesab olunur.

SAT 2 ( Subject Test) toplam 1 saatlıq test imtahanı və seçmə fənnlərdən ibarətdir. İmtahanın məqsədi tələbənin hər hansı 1 fənndə akademik biliyinin ölçülməsidir. Ballar 200-800 arasında dəyişir. Siz SAT 2-də İngilis dili, İspan dili, Fransız dili,Alman dili, tarix , biologiya, kimya, fizika fənnlərindən birini seçib imtahan verə bilərsiniz. Qeyd edək ki, dünyanın çox universitetlərinə SAT 1 nəticəsi ilə qəbul edilir.

Ümumiyyətlə SAT imtahanları ildə 7 dəfə təqribi 2 ay intervalı ilə keçirilir. SAT üçün tələb olunan səviyyə B2 upper-intermediate olmalıdır.