Autodesk ATC adi kursdan nə ilə fərqlənir?

 

Təsəvvür edin ki, iki nəfər eyni proqramı öyrənmək üçün kursa yazılır. Hər ikisi AutoCAD, Revit və ya başqa Autodesk proqramını öyrənir. Amma birinin seçdiyi kursun arxasında Autodesk ATC statusu var.

Fərq məhz burada başlayır.

Autodesk ATC
Mündəricat +
01 / AUTODESK ATC

Autodesk ATC nədir?

ATC, Autodesk Authorized Training Center deməkdir və Autodesk tərəfindən tanınan tədris mərkəzini ifadə edir.

Bunu sadə bir bənzətmə ilə düşünək.

Bir mağazada “orijinal məhsul satırıq” yazılması başqa şeydir. Həmin mağazanın istehsalçı tərəfindən rəsmi tərəfdaş kimi tanınması isə tamam başqa.

ATC-də də məntiq buna bənzəyir.

Bazarda Autodesk proqramlarını öyrədən çoxlu kurs var. Amma onların hamısı Autodesk tərəfindən tanınan təlim mərkəzi deyil.

02 / TƏLİMÇİ

Bəs müəllim?

ACI, Autodesk Certified Instructor deməkdir və Autodesk tərəfindən sertifikatlaşdırılmış təlimçini göstərir.

Burada artıq söhbət mərkəzdən yox, müəllimdən gedir.

Yəni ATC sizə harada təhsil aldığınızı, ACI isə kimdən öyrəndiyinizi anlamağa kömək edir.

Bu ikisi birlikdə kurs seçərkən daha aydın mənzərə yaradır.

ACI və ATC əlaqəsi
03 / SERTİFİKAT

Kursu bitirəndə nə alırsınız?

Certification of Completion kursu tamamladığınızı göstərən sənəddir.

Bunu diplom kimi, təlim yolunuzda qoyulan bir nişan kimi düşünün.

Siz müəyyən proqram üzrə təlimi tamamlamısınız və bunu göstərən sənəd əldə edirsiniz. Bu sənəd CV-yə və peşəkar inkişaf tarixçəsinə əlavə edilə bilər.

Burada əsas məsələ sertifikatın adından çox, onu hansı təlim çərçivəsində əldə etdiyinizdir.

04 / ATC-NİN ƏHƏMİYYƏTİ

Niyə ATC-yə diqqət etməlisiniz?

Kurs seçərkən qarşısınıza onlarla “Autodesk kursu” çıxa bilər. Hamısının proqramı oxşar görünə bilər.

Amma kursun arxasındakı ATC statusu sizə seçim zamanı əlavə istiqamət verir.

Ona görə növbəti dəfə kurs axtararkən sadəcə “Autodesk öyrədir?” sualını verməyin.

Bir addım da irəli gedin:

“Bu təlim mərkəzi ATC-dirmi?”

05 / NÖVBƏTİ ADDIM

Course Completion Certificates

Bəs Course Completion Certificate adi sertifikatdan nə ilə fərqlənir? CV-də bunun yeri haradır və işəgötürən üçün nə ifadə edir?

Növbəti bloqda məhz bu suallara cavab verəcəyik.

NÖVBƏTİ BLOQ

Course Completion Certificates

Sertifikatın CV-də yeri və işəgötürən üçün ifadə etdiyi məna haqqında növbəti yazıda daha ətraflı danışmışıq.

 
Daşdəmir Bayramov
Müəllif

Daşdəmir Bayramov

Memar | Dizayner | ACI
dashdamir.com ↗

Daş və dəmir çərçivədir, mənsə mənzərəni inşa edirəm.